"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY
23-07-2021, 17:18
157

"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY

Göygöl rayonu ərazisində fəaliyyət göstərən "Göygöl Beton" MMC işlətdiyi traktorçunun pulunu vermir. Gəncənin sabiq polis rəisi Qərib Həsənovun məmur oğluna məxsus şirkət heç bir qanunu saymır.
Qarşılaşdığı problem barədə "Demokratik.Az"-a danışan traktorçu Budaq Əmirxanovun sözlərinə görə, ötən ilin dekabrında adıkeçən şirkətin idarəçiləri onu aldadıblar. Belə ki, o özünün idarə etdiyi "AZ16-T-277" nömrəli traktorla birgə "Göygöl Beton" MMC-də 4 gün işlədikdən sonra ona razılaşdıqları əməkhaqqı verilməyib. Traktor sürücüsüsünün əməyi istismar edilərək ümumilikdə 425 manat pulu MMC- tərəfindən mənimsənilib.

Budaq Əmirxanov deyir ki, onu Gəncə şəhəri Nizami rayonunun Polis şöbəsində serjant işləyən Əli Süleymanov aldadıb. Onu bu işə mərhum polis rəisinin nəvəsi olan Əli cəlb edib. Sonda da pulunu verməkdən müxtəlif bəhanələrlə imtina ediblər.

Traktorçu deyir ki, MMC-də işlədiyi günlərdə onunla günəmuzd əmək müqaviləsi də bağlanmayıb. Rəsmiyyət tələb etdikdə isə, ona gülüblər və onların işlətdikləri işçilərdən əksəriyyətinin də "əmək müqaviləsi"nin olmamasını bildiriblər.

Şikayətçinin sözlərinə görə, "Göygöl Beton" MMC-nin rəhbəri Nuşirəvan Həsənova da dərdini danışıb. Həsənov isə pul verməyəcəyini deyərək sürücünü polislə təhdid edib.

Baş verənlərdə maddi zərər çəkmiş Səfər Məmmədov (traktorun sahibi) da "Göygöl Beton" MMC-ni yalançı adlandıraraq deyilənləri təsdiq edib. S.Məmmədov bildirib ki, iş Göygöl rayon Polis Şöbəsində də araşdırılıb, nəticədə onlara məhkəməyə müraciət etmək tövsiyyə olunub.

Onu da bildirək ki, Nuşirəvan Həsənov Azəravtoyol ASC-nin Qərb regional idarələrinin birində məsul vəzifədə çalışır. Biznesmen-məmurun vətəndaşları işlədib aldatması yalnızca təəssüf doğurur.

Demokratik.Az saytı şikayətlə bağlı adıkeçən MMC-nin də mövqeyini dərc etməyə hazırdır.

Oxşar xəbərlər