Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
26-08-2020, 15:17
336

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Nazirlər danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirib.
***
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilir.
Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb.
Danışıqların yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcək.
***
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.
Məlumata görə, Rusiya XİN-in Qəbullar Evində təkbətək formatda başlayan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.
Görüşün yalnız protokol hissəsi mətbuata açıq olub.
Danışıqların yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcək.

Oxşar xəbərlər