Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - Video
24-07-2021, 15:02
198

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Oxşar xəbərlər