Bakıda məşhur restoranın bu tələbi aləmi qarışdırdı - Fotolar
27-07-2021, 13:31
152

Bakıda məşhur restoranın bu tələbi aləmi qarışdırdı - Fotolar

Paytaxtın Buzovna qəsəbəsində  yerləşən “Qoşaqala” restoranı tənqid hədəfinə çevrilib.
Buna səbəb, restoranda dress-kod tələbinin qoyulması olub.
Belə ki, restoranın sosial şəbəkə hesabında paylaşım edilərək məkana şort və dabanı açıq ayaqqabı ilə daxil olmağın qadağan edildiyi bildirilib:
“Hörmətli qonaqlar, restorana aid xüsusi dress-kod mövcuddur. Bu səbəblə restorana şort və dabanı açıq ayaqqabıda giriş, təəssüf ki, mümkün deyil. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir. Anlayışınız üçün təşəkkür edirik!”
İzləyicilər restorana belə bir tələbin qoyulmasının doğru olmadığı vurğulayaraq bu qadağanı kəskin şəkildə tənqid ediblər. 

Oxşar xəbərlər