Kəlbəcər istiqamətində təxribat törədən erməni hərbçilər MƏHV EDİLDİ
28-07-2021, 10:13
128

Kəlbəcər istiqamətində təxribat törədən erməni hərbçilər MƏHV EDİLDİ

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.
“Sputnik Armeniya” xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.

Oxşar xəbərlər