Şəhid qızı və şəhid xanımı: "Anam və iki qızımla kirayədə qalıram, bizimlə maraqlanan yoxdur"
28-07-2021, 13:42
136

Şəhid qızı və şəhid xanımı: "Anam və iki qızımla kirayədə qalıram, bizimlə maraqlanan yoxdur"

“Bizim əsas problemimiz evlə bağlıdır. Anam və iki qızımla birlikdə Bakıda kirayədə yaşayıram. Ayda 460 manat kirayə pulu veririk. Bizimlə maraqlanan yoxdur”.
Bu sözləri Yeniavaz.com-a müraciətində İkinci Qarabağ müharibəsi şəhidi Mahmud Əhmədovun həyat yoldaşı Zəhra Əhmədova bildirib. 
Şəhid xanımı deyir ki, bir çox dövlət qurumlarına müraciət etsələr də onları evlə təmin etməyiblər:
“Atam Birinci Qarabağ müharibəsində, həyat yoldaşım isə ikinci Qarabağ müharibəsində şəhid olub. Biz Füzuli qeydiyyatındayıq. Yoldaşım Ağstafalı idi. Həyat yoldaşımın ailəsi ilə problemlərim olduğundan Ağstafada yaşamaq istəmirdim. Bakıya gələndən sonra getdim maraqlandım. Dedilər ki, qaynanamgil  ev növbəsinə yazılıblar. Şəhid ailələrinə də bir ev verilir. Mənə dedilər ki, sən də gedib o evdə yaşayarsan. Ancaq mən bilirəm ki, qaynanam məni həmin evə qoymayacaq. Mənim rəsmi nikahım da var. Neçə dəfə qaynanamgildə çəkiliş olub amma heç vaxt oğlunun ailəsindən, uşaqlarından danışmayıblar”.
Qeyd edək ki, Mahmud Əhmədov 27 sentyabrda döyüşlər başlayanda Tərtər istiqamətində yaralanıb və Bərdə xəstəxanasına yerləşdirilib. Oktyabrın 18-i xəstəxanadan çıxıb. Həmin vaxt Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərə qoşulub. Noyabrın 3-də Laçın azad ediləmsi üçün aparılan əməliyyatlarda şəhid olub. Nəşini Noyabrın 16-sı tapıblar. Bir gün sonra isə doğulduğu Ağstafa rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizin iki qız övladı var. Onlardan Nur Əhmədova 6 yaşında, Mələk Əhmədova isə 6 aylıqdır. Atası Mələyin üzünü görmədən şəhid olub.

Oxşar xəbərlər