İstirahət gününün havası: Şimşək çaxacaq, yağış yağacaq
31-07-2021, 12:31
204

İstirahət gününün havası: Şimşək çaxacaq, yağış yağacaq

Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti,
Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm  civə sütunu təşkil edəcək.  
Nisbi rütubət  60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti     
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Dəniz suyunun temperaturu:  
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 01-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,
bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
Azərbaycanın rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24°  isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz  15-20° isti olacaq.

Oxşar xəbərlər