Deputat: "Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır"
31-07-2021, 13:35
383

Deputat: "Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır"

“Azərbaycan-Türkiyə münasibətləri hüquqi baxımdan strateji müttəfiqlik münasibətləridir, mənəvi baxımdan isə biz dost və qardaş dövlətlərik. Bu qardaşlığımız həm çətin, həm də xoş anlarda öz təsdiqini tapıb”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Türkiyədə davam edən meşə yanğınlarına toxunan deputat Azərbaycanın yanğınla mübarizə üçün bu ölkəyə kömək göstərməyinin əhəmiyyətini vurğulayıb:



“Bu günlərdə qardaş ölkədə davam edən irimiqyaslı meşə yanğınlarında da bu qardaşlıq münasibətləri bir daha özünü göstərdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri – 500 nəfərlik heyət Türkiyəyə dəstək məqsədi ilə bu ölkəyə yollandı. Onlar irimiqyaslı yanğınların söndürülməsində qardaş dövlətlə çiyin-çiyinə mübarizə aparacaqlar. Bizim ən peşəkar yanğınsöndürənlərimiz bu prosesə cəlb olunub. Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın da qeyd etdiyi kimi, Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bunu həm dost, həm də düşmən ölkələr görsün və bir daha anlasınlar ki, heç kim bu qardaşlığa xələl gətirə bilməz. Bütün dünya bir daha əmin olacaq ki, iki dövlət hər zaman birlikdədir və dostluq münasibətləri daha dərindir və heç kim iki dövlət arasında girə bilməz. Belə cəhd edənlər iki dövlət arasında  sıxılıb, məhv olar. Qardaş ölkədə baş verən yanğınların tezliklə söndürüləcəyinə, bu fəlakətin sona çatacağına inanıram”.

Oxşar xəbərlər