Pandemiyadan ən çox zərər çəkən inkişaf etmiş ölkə məlum oldu
27-08-2020, 11:43
208

Pandemiyadan ən çox zərər çəkən inkişaf etmiş ölkə məlum oldu

Böyük Britaniya pandemiya zamanı koronavirusdan ən çox təsirə məruz qalan inkişaf etmiş ölkə seçilib.
BBC bu barədə “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı”nın (OECD) açıqlamasına istinadla xəbər yayıb.
Bildirilib ki, Böyük Britaniya rekord səviyyədə tənəzzül yaşayır.
Bu ilin ikinci rübündə ölkədə ÜDM (Ümumi Daxili Məhsul) 20,4 faiz düşüb.
Tənəzzüllün miqdarı ümumdünya maliyyə böhranı səbəbiylə 2009-cu ilin ilk rübündə ÜDM-nin 2,3 faiz azaldığı göstəricidən daha çox olub.
Tarixində ilk dəfə olaraq iyul ayında Britaniyanın dövlət borcunun həcmi iki trilyon funtu keçib. İşsizlik səviyyəsinin dörd faizdən doqquz faizə yüksələcəyi gözlənilir.

Oxşar xəbərlər