Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı - Yeni təyinat
4-08-2021, 15:17
153

Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı - Yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bakitv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib. 
Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.

Oxşar xəbərlər