Polis İdarəsini "qan"a bulayan feministlərlə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
5-08-2021, 10:23
158

Polis İdarəsini "qan"a bulayan feministlərlə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Dünən bir qrup feminist Xəzər Rayon Polis İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.
Unikal.org xəbər verir ki, aksiyaya səbəb ötən gün Sevinc Məhərrəmovanın əri tərəfindən qətlə yetirilməsi olub.
Belə ki, feministlər idarə binasının girişinə qan rəmzi olaraq, qırmızı boya töküblər və plakatlar açaraq, “Qadın qətlləri siyasidir” şüarı səsləndiriblər. Feministlər həmçinin polis tərəfindən döyüldüklərini iddia edirlər.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında həmin qadınlar arasında saxlanılanın olmadığını bildirib:
"Polis tərəfindən həmin qadınlara təzyiq göstərilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Heç bir şəxs fiziki təzyiqə məruz qalmayıb".

Oxşar xəbərlər