Ölkənin bu bölgələrində su olmayacaq
27-08-2020, 13:09
194

Ölkənin bu bölgələrində su olmayacaq

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. 
“Azərsu”ASC-dən Bakıtv.az-a xəbər verilir ki, bununla əlaqədar 27 avqust 2020-ci il tarixində Şirvan və  Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Oxşar xəbərlər