Oqtay Gülalıyev ATU-nun Tədris Cərrahiyə Klinikasına köçürüldü - YENİLƏNİB
6-08-2021, 14:00
171

Oqtay Gülalıyev ATU-nun Tədris Cərrahiyə Klinikasına köçürüldü - YENİLƏNİB

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı xəstəxanadan başqa tibb müəssisəsinə köçürülüb.
Bunu onun oğlu Təbriz Gülalıyev bildirib.
Onun sözlərinə görə, atası təcili yardım maşını ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına köçürülüb.
***
11:59
Bir müddət əvvəl səhhətində irəliləyiş qeydə alınan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu yenidən pisləşib.
Bu barədə onun oğlu Əli Gülalıyev məlumat yayıb. O, atasının gecə boyu epilepsiya keçirdiyini bildirib.

Oxşar xəbərlər