Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatdı
6-08-2021, 16:50
177

Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatdı

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 6-da saat 16 radələrində Gürcüstan-Türkiyə dövlət sərhədinə çatıb.
Sarp sərhəd-keçid məntəqəsinin əməkdaşları yanğın-xilasetmə qrupunun üzvlərini böyük coşğu ilə qarşılaşıblar.
Avqustun 5-də səhər saatlarında Bakıdan yola düşən yanğın-xilasetmə qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər. Ötən gün səhər FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi də Bakıdan Türkiyəyə yola düşüb.

Oxşar xəbərlər