TƏBİB-dən xəstəxanalarda oksigen balonlarının çatışmazlığı iddialarına CAVAB
10-08-2021, 15:00
165

TƏBİB-dən xəstəxanalarda oksigen balonlarının çatışmazlığı iddialarına CAVAB

Son günlər xəstəxanalarda oksigen balonlarının çatışmazlığı ilə bağlı problemlərin olduğu barədə məlumatlar yayılır. 
Bildirilir ki, bu problem nəticəsində koronavirusa (COVID-19) yoluxan xəstələrinin vəziyyəti ağırlaşır.
Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. 
 
TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır”.

Oxşar xəbərlər