Biləsuvarda koronavirusa yoluxanların sayı artıb
13-08-2021, 11:51
155

Biləsuvarda koronavirusa yoluxanların sayı artıb

Son günlər respublikamızda koronavirus pandemiyasının yeni dalğası və bu xəstəliyə yoluxanların sayının çoxalması hər kəsi bir daha diqqətli olmağı tələb edir.
"Report"un Muğan bürosu Biləsuvar rayonundakı mövcud vəziyyətlə bağlı araşdırma aparıb.
Yerli büronun əldə etdiyi məlumata görə, müayinələrin nəticələrinə əsasən rayonda xəstəliyə yoluxma hallarında artım var.
Belə ki, hazırda Biləsuvarda 300-ə yaxın koronavirus xəstəsi var. Son günlər rayonun 4 sakini bu xəstəlikdən vəfat edib.
Həmçinin ötən günə əsasən daha 80 nəfər rayon sakinində koronavirusa yoluxma aşkarlanıb.
Qeyd edək ki, ötən gün ölkədə koronavirusa 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb və analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib.

Oxşar xəbərlər