Bakı metrosu fəaliyyətini bərpa edir?
28-08-2020, 10:54
203

Bakı metrosu fəaliyyətini bərpa edir?

Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir.
Bu barədə Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:
“Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”.

Oxşar xəbərlər