Valideynlər də vaksin olunmalıdırmı? - RƏSMİ CAVAB
18-08-2021, 17:43
167

Valideynlər də vaksin olunmalıdırmı? - RƏSMİ CAVAB

Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar- məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi?
Bu barədə Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib.
“Cavab budur ki, xeyir, verilməyib. Ancaq suala cavab verilərkən, həm də bəli demək istərdik.
Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.
Bu belə deyilmi!?”, - deyə Cəsarət Valehov vurğulayıb.

Oxşar xəbərlər