Azərbaycan sülhməramlılarının Kabildəki şücaəti: yüzlərlə xarici vətəndaşa kömək etdilər
18-08-2021, 19:51
175

Azərbaycan sülhməramlılarının Kabildəki şücaəti: yüzlərlə xarici vətəndaşa kömək etdilər

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.
Bakitv.az Trend-ə istinadən bildirir ki,  avqustun 17-də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının Kabil hava limanında təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər.
Növbəti dəfə isə hərbiçilərimiz 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər.

Oxşar xəbərlər