Qazaxa sahiblənmək istəyən Ramiz Mehdiyevin iş adamı kimdir?
28-08-2020, 12:07
309

Qazaxa sahiblənmək istəyən Ramiz Mehdiyevin iş adamı kimdir?

Qeyd edək ki, Elçin Carçıyev Ramiz Mehdiyevin iş adamı kimi tanınıb. Onun məhz Ramiz Mehdiyevin ən yaxın adamlarından olan keçmiş nazir Ziya Məmmədovun ən yaxın adamının qızını oğluna alması heç də təsadüf deyil. Spirt istehsalına məhz Rusiya şirkətləri ilə şərikli olaraq davam etməsi də onun “Beşinci kalonun” adamı olmasının bir ipucudur. Ümidvarıq ki, Mehdiyevin bu gün ölkədə qarışıqlıq yaratması ərəfəsində Carçıyevin şirkəti onun qaranlıq işlərində istifadə edilməyəcək.
«Efes» pivələrinin və «Nataktari» limonadlarının Azərbaycana idxalını həyata keçirən biznesmen yeni icra başçısı Rəcəb Babaşovla yola getmir Onun qardaşı Eldar Carçıyev niyə tez-tez Səadət adlı falçının yardımlarına baş vurur? Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şərait göz qabağındadır. Dövlət səviyyəsində iş adamlarına münbit şərait yaradılır, onların rahat fəaliyyət göstərə bilmələri üçün mühüm tədbirlər həyata keçirilir.
Təəssüflər olsun ki, bəzi hallarda iş adamları yaradılan şəraitdən sui-istifadə edərək qanunları pozur, vətəndaşların hüquqlarını tapdalayırlar. Qazaxlı məşhur iş adamı Elçin Carçıyev də sahibkarlığın inkişafına yaradılan münbit şəraitdən istifadə edən şəxslərdəndir. Bu barədə gundelik-baku.com-u məlumatlandıran rayon sakini qeyd edir ki, adıçəkilən biznesmen özünü rayonun sahibi kimi aparır. 
Əldə etdiyimiz məlumatlara görə, Elçin Carçıyevin əsas maliyyə yüksəlişi rayonun keçmiş icra başçısı Rauf Hüseynovun zamanında baş verib. Belə ki, sabiq başçı ilə münasibətləri yaxşı olan iş adamı onun dəstəyi ilə qeyri-qanuni yolla 40-dan çox ticarət obyektinə sahib olub.
Rauf Hüseynov vəzifədən çıxarılandan sonra Qazaxdakı bütün obyektlərini də dəyər-dəyməz qiymətə Elçin Carçıyevə satıb: «İş adamı müəyyən kənd təsərrüfatı məhsullarının istehsalında əsil monopoliya yaradıb. Eyni zamanda da bu iş adamı nəzarətinə götürdüyü sahələrdə çalışdırdığı insanların da hüquqlarını kobud şəkildə pozmaqda ittiham olunur. Qazaxın bir çox kəndində sahibkarın təsərrüfatları var. Böyük Cəfərli kəndinin ərazisinə aid olan torpaq sahəsində biznesmen türkiyəli iş adamları birgə kartof biznesi qurub.
Amma burda işləyən insanların şəraiti çox ağırdır. Onlar əməklərinin maddi qarşılığını ala bilmirlər. İş adamı işçilərin maaşını vaxtı-vaxtında vermir. Haqqını tələb edən işçiyə isə hədə-qorxu gələrək həbs etdirəcəyi ilə hədələyir. Yerli qurumlar bu şəxsin barəsində tədbir görməyə sanki ehtiyat edir. Elçin Carçıyev Qazax rayon “Sərnişin Daşıma” müəssisəsinin alınması zamanı da ciddi nöqsana yol verib. Belə ki, direktor tərəfindən müəssisənin iş adamına satılması barədə digər səhmdarlara xəbər verilməyib. 
Nəticədə səhmdarların mülkiyyət hüquqları pozulub». Araşdırmalar zamanı öyrəndik ki, sözügedən biznesmen «Efes» pivələrinin və «Nataktari» limonadlarının Azərbaycana idxalını həyata keçirir. Və bu sahədə yaratdığı monopoliya sayəsində külli miqdarda qazanc əldə edir.
Deyilənə görə, Elçin Carçıyevin Bakıdakı və Qazaxdakı biznesini yaxın qohumları, konkret olaraq qardaşı Eldar Carçıyev idarə edir: «Qazaxda elə yer yoxdur ki, orda sahibkarın obyekti olmasın. Rayonun avtobazası onun sərəncamındadır. Bundan başqa, “777” restoranı, kərpic zavodu, çörək sexi, Daş Salahlı kəndində yerləşən sürücülük məktəbi də onundur. Elçin Carçıyevin Qazaxda malik olduğu biznes sahələrindən biri də çox geniş ərazidə yerləşən üzüm sahələridir. 
Yaxın illərdə rayonda böyük şərab zavodu tikdirməyi planlaşdırır. Paytaxtın mərkəzi hissələrindən birində yerləşən “Gürcü mətbəxi” restoranı, həmçinin NZS qəsəbəsində qapı-pəncərə sexi, bir neçə parket istehsalı sexi, avtosalonlar da ona xidmət göstərir. O həmçinin Belarusiyadan Azərbaycana kartof gətirir». Onu da qeyd edək ki, iş adamının oğlu Murtuz Carçıyev atasının qazandığı milyonlarla əsl kral həyatı yaşayır. Məlumat üçün deyək ki, iş adamının oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. Hazırda Bakıda hərbi xidmətdədir.
Bir neçə gündən sonra tərxis olunacaq. Araşdırmalar göstərir ki, atasının puluna güvənən bu gənc vaxtının çox hissəsini əyləncə məkanlarında keçirir, üstəlik insanları aşağılamaqdan çəkinmir. Murtuz hətta bir müddət əvvəl sosial şəbəkədə ona gələn suallardan birinə belə cavab verib: “Mən 11 yaşından gəzib, kef edirəm”. Bu cavabdan da görünür ki, biznesmen oğlu üçün həyat ancaq kef məclislərindən ibarətdir. Murtuz ona gələn digər suallara isə təhqir və söyüşlə cavablar verib, hətta o adam başı kəsə biləcəyinə belə eyham vurub.
Bizdə olan məlumatlara görə, Mutruz Carçıyevin avtomobil kolleksiyasında bir-birindən bahalı maşınlar var. Mutruzun necə hərbi xidmət keçməsi haqda növbəti yazımızda ətraflı məlumat verəcəyik. Sonda bir məsələyə toxunmaq istəyirik. İddialara əsasən, iş adamı Elçin Carçıyevin qardaşı Eldar Carçıyev artıq uzun müddətdir ki, özünün biznes layihələrini yalnız falçı Səadətlə məsləhətləşmələrdən və onun “dualarını” aldıqdan sonra həyata keçirməyə başlayır.
Bu bağlılıq hətta o dərəcədə dərinləşib ki, bir müddət əvvəl Eldar Carçıyevlə falçı Səadət quda olmaqla qohumluq əlaqələri yaradıblar. Falçı Səadət bu qohumluqdan yalnız fayda görüb. Belə ki, övladlarının toyundan dərhal sonra Eldar Carçıyev Bakıdakı biznesinin idarə olunmasını tamamilə öz kürəkəninə həvalə edib. 
Falçı Səadət özü isə qudasının hesabına Bakının “NZS qəsəbəsi” kimi tanınan ərazisində yeni ofisə sahib olub. Bu və digər maraqlı məsələlər haqda tezliklə araşdırma yazımız olacaq. Qarşı tərəfləri də dinləməyə hazırıq. P.S. Elçin Carçıyevlə Qazaxın yeni icra başçısı Rəcəb Babaşov niyə yola getmir?
Qazax rayon icra başçısı Rəcəb Babaşov və iş adamı Elçin Carçıyev haqqında araşdırmalarımız və internet resursları üzərindən belə davamlı olaraq araşdırmalar aparıb bu kimi məlumatları oxucularımızın diqqətinə çatdıracayıq.

Oxşar xəbərlər