"Bu halda sərtləşməyə gedə bilərik" - Operativ Qərargah
20-08-2021, 11:24
153

"Bu halda sərtləşməyə gedə bilərik" - Operativ Qərargah

"Hazırda biz xəstələrin sayının öhdəsindən gələ bilirik".
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
"Amma bu o demək deyil ki, səhiyyə sistemi yük altına düşsə, biz məhdudiyyətlərə getməyəcəyik. Hiss etsək ki, xəstəxanalarda yerlər dolur, həkimlər çatdıra bilmir, həmin zaman məhdudlaşdırmalara gedilməsi müzakirə edilə bilər".

Oxşar xəbərlər