Bakıda intiharın qarşısı alındı
28-08-2020, 12:35
240

Bakıda intiharın qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 
FHN-dən Bakıtv.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxşar xəbərlər