
Cəmiyyət
23-08-2021, 10:15
145
İcra Hakimiyyəti 8,5 mln manatlıq tenderə yekun vurdu
Gəncə Şəhəri İcra Hakimiyyəti şəhərdə qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində 249 mənzilli yeni yaşayış binalarının tikintisinin davam etdirilməsi ilə bağlı elan etdiyi təkliflər sorğusuna yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Alians" MMC-dir.
Qalib şirkətə 8 milyon 506,6 min manat ödəniləcək.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Alians" MMC-dir.
Qalib şirkətə 8 milyon 506,6 min manat ödəniləcək.