Bakıda baş verən güclü yanğın söndürüldü - YENİLƏNİB
24-08-2021, 15:22
164

Bakıda baş verən güclü yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Bu barədə FHN-in məlumatında bildirilib.
***
14:49
Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 
BNA-dan verilən məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.
 
Bakıda baş verən güclü yanğın söndürüldü- YENİLƏNİB (FOTO) 

Oxşar xəbərlər