"AQUA ART" MMC şəhidin "qan pulu"nu mənimsədi - FOTO
27-08-2021, 16:42
174

"AQUA ART" MMC şəhidin "qan pulu"nu mənimsədi - FOTO

Şəhid anasına verilən "qan pulu" "AQUA ART" MMC tikinti şirkəti tərəfindən mənimsənilib.   
Unikal.org-un məlumatına görə, adıçəkilən şirkətin rəhbəri Sərkərlı Rəşad Sərdar oğlu, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Şahverdiyev Böyükağanın anası Mehrəliyeva Şahnazdan aldığı 13 min 500 manat pulu mənimsəyib. 
Şəhidin qardaşı Şahverdiyev Əzizin dediklərinə görə, onlar pulu "AQUA ART" MMC-nin rəhbəri S.Rəşada ev tikmək məqsədi ilə veriblər: 
"Əvvəl məsələ Nəsimi rayon 22-ci polis bölməsində idi. Onlar çalışdı ki, ödənilən vəsaiti bizə geri qaytarsınlar. Həmin MMC-nin rəhbərini də anası ilə bölməyə çağırdılar. Onlar da iltizam yazıb bildirdi ki, ödənilən məbləğ qısa vaxt ərzində geri qaytarılacaq. Polis yazılı iltizam alıb onları buraxandan sonra nə bizim, nə də polisin zənglərinə cavab verildi. İndi də harada olduqları bilinmir". 
Ş.Əziz bildirdi ki, ailələrinə qarşı dələduzluğu məlum şirkətin rəhbəri ilə onun qardaşı Nazim törədib. Belə ki, onların şəhid ailəsinə verəcəkləri e
Bildirilib ki, hazırda dələduzluqla bağlı matreallar İstintaqa verilib.
Şəhidin anası M.Şahnaz isə bu hadisədən sonra infakt keçirib, vəziyyəti yaxşı deyil. 
"AQUA ART" MMC şəhidin "qan pulu"nu mənimsədi- FOTO

"AQUA ART" MMC şəhidin "qan pulu"nu mənimsədi- FOTO

"AQUA ART" MMC şəhidin "qan pulu"nu mənimsədi- FOTO 

Oxşar xəbərlər