Daha bir xəstəxana yenidən koronaviruslu xəstələr üçün ayrıldı
31-08-2021, 14:31
146

Daha bir xəstəxana yenidən koronaviruslu xəstələr üçün ayrıldı

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar karantin xəstəxanasına çevrilib.
7News.Az bildirir ki, müvafiq tapşırığa əsasən, tibb müəssisəsi yenidən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.
Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir. Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.
Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası bundan öncə bir neçə dəfə də koronavirus xəstələrinə xidmət göstərib.

Oxşar xəbərlər