Qocalar evində yaşayan qazi: “Mənə kömək edin“
31-08-2021, 15:16
178

Qocalar evində yaşayan qazi: “Mənə kömək edin“

Vətən müharibəsi bitib, lakin hələ də bəzi qazilərimiz problemlər içərisində yaşayırlar. Hətta yaşamaq üçün evi olmayanlar da var.
İkinci Qarabağ müharibəsi qazisi Fərman Hüseynov Yenisabah.az-a müraciət edib. O, hazırda çox çətin durumda olduğunu bildirib: 
“Müharibə zamanı Goranboy rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Çox ciddi xəsarətlər almışdım. Qolumun yarı hissəsi sümüklərdən aralanmışdı, ayağım çox pis vəziyyətdə idi, eyni zamanda kəllə-beyin travması almışam. Müəyyən əməliyyatlardan sonra vəziyyətim biraz normala döndü. Lakin rahat hərəkət edə bilmədiyim üçün işləyib özümə baxa bilmirəm.
Mən bu yaşıma qədər atasız-anasız böyümüşəm. Müddətdən artıq hərbi xidmətə yollanmışdım. 44 gün davam edən döyüşlərdə iştirak etdim. Geri dönüb müalicə olunduqdan sonra evim olmadığı üçün 3 gün parklarda yatdım. İndi isə  qocalar evində qalıram. 22 yaşım var, axı bu yaşda mənim yerim ora deyil, xahiş edirəm mənə yardım edin”.
Qeyd edək ki, Fərman Hüseynov hazırda əlillik dərəcəsinin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən cavab gözləyir.
Qazi ilə əlaqə: Fərman Hüseynov
0504984916
Kart nömrəsi:4169741395646530
Mehri Qurban 


Oxşar xəbərlər