Nazir Vidadi Muradovun oğluna yeni vəzifə verdi - YENİ TƏYİNATLAR
31-08-2021, 16:46
157

Nazir Vidadi Muradovun oğluna yeni vəzifə verdi - YENİ TƏYİNATLAR

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
“Report" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.
Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.
Qeyd edək ki, Cavid Muradov "Azərxalça"nın həbs edilən sabiq sədri Vidadi Muradovun oğludur.

Oxşar xəbərlər