"Kapital Bank" müştərilərini boğaza yığıb... - "Hanı mənim pulum, "Kapital Bank"?!"
1-09-2021, 11:14
300

"Kapital Bank" müştərilərini boğaza yığıb... - "Hanı mənim pulum, "Kapital Bank"?!"

""Kapital Bank" mənim kimi insanı belə şikayət qruplarında post yazacaq vəziyyətə gətirib". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Günəş Bağırsoy adlı istifadəçi qeyd edir.

"Kapital Bank" müştərilərini boğaza yığıb...

Daha sonra narazı vətəndaş yazır: "Avqustun 8-i "Bir kart" vasitəsilə Bolt'dan talsi sifariş etmişəm və sürücü ödəməm kartla olduğu üçün məni aparmaqdan imtina edib, mən də sürücünün xahişi üzərinə sifarişi ləğv etmişəm. Amma gedişin pulu-17 azn məndən yenə də tutulub. Bolta zəng edib vəziyyəti izah etdikdən sonra dediklərinə görə pulu yenidən kartıma qaytarıblar,lakin,bu gün artıq 23 gün keçməsinə rəğmən hələ də o pul mənim hesabıma oturmayıb. Bolt deyir qaytarmışıq,bankla həll edin. Bank isə hər zəngimdə məni növbəylə 5,10,15 iş günü gözlədib. Toplamda 5manata yaxın konturum elə təkcə operatorlarla danışığa gedib.Sonuncu zəngimdə mənə bir vp nömrəsi verdilər ki,sübutları bura göndərin. Bütün skrinləri,sifarişin saatını,ləğv olunma vaxtını,sürücünün adını,nömrəsini,hətta Bolt'dan gələn üzrxahlıq mesajına qədər bütün məlumatları Kapitala göndərmişəm, mənə 10 gün ərzində məlumat veriləcək deyildi,yenə heç bir məlumat verilmədi,15gündən sonra dünən yenə zəng etmişəm operator deyir yəqin o məlumat kifayət etməyib,sizlə yenə əlaqə saxlanacaq,2gün də belə keçib hələ də səs-səmir yoxdu. Və mən ümumiyyətlə anlamıram, bundan artıq nə məlumat lazımdı sizə? Fakt hesabıma pul köçürülüb,özləri də sistemə baxır deyir bəli,pul köçürülüb amma havadadı pul,hara gedib,kimin cibinə girib bilinmir.

Hanı mənim pulum, "Kapital Bank"?!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Oxşar xəbərlər