“Azərbaycanda saxlanılan erməni diversantların məsələsi Paşinyanın dilinin əzbərinə çevrilib” – Elman Nəsirov
1-09-2021, 14:12
149

“Azərbaycanda saxlanılan erməni diversantların məsələsi Paşinyanın dilinin əzbərinə çevrilib” – Elman Nəsirov

"Avqustun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla ilə görüşdə "diversantların qaytarılması üçün Bakıya müəyyən siqnallar verilir" deməsi onların niyyətindən xəbər verir. Ermənistan bu mövzu ilə bağlı Rusiya qarşısında dəfələrlə mövzu qaldırıb. Belə demək mümkünsə, hətta Nikol Paşinyanın dilinin əzbərinə çevrilib".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Parlament üzvünün sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda erməni hərbi əsir yoxdur: "Səbəbi də məlumdur. Ötən ilin noyabrın 9-da Vətən müharibəsi başa çatıb və müvafiq bəyanat imzalanıb. Müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisində saxlanılan heç bir erməni hərbi əsir hesab edilə bilməz. Onların hər biri terror və diversiya xarakterli cinayət əməllərinə görə saxlanıblar. İndi qanun qarşısında cavab verirlər. Doğrudur, Azərbaycan humanist dövlətdir. Elə bunun üçün də həmin diversantlardan bir neçəsinin qaytarılmasını təmin edib. Qarşılığında isə Ermənistan Qarabağda minalanmış ərazilərin bir qisminin xəritəsini Azərbaycana təhvil verib. Ötən gün Sergey Lavrovun Ermənistanlı həmkarı ilə görüşdə "diversantların qaytarılması üçün Bakıya müəyyən siqnallar verilir" deməsi onların niyyətindən xəbər verir. Ermənistan bu mövzu ilə bağlı Rusiya qarşısında dəfələrlə mövzu qaldırıb. Aydındır ki, dövlətimizin humanistliyinə güvənirlər. Lakin anlamaq lazımdır ki, birtərəfli heç nə olmur. Bəyanata əsasən, Azərbaycan torpaqlarında əlisilahlı erməni qala bilməz. Bizim məsələ ilə bağlı mövqeyimiz açıq-aşkardır".

Oxşar xəbərlər