Goranboyda icra başçısı sakinlərin suyunu kəsib? – VİDEO + AÇIQLAMA
1-09-2021, 17:17
229

Goranboyda icra başçısı sakinlərin suyunu kəsib? – VİDEO + AÇIQLAMA

Sosial şəbəkələrdə Goranboy rayonunun Qaradağlı kəndində sakinlərə verilən təsərrüfat suyununun kəsilməsini əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrları lentə alan şəxs suyun qarşısının kəsilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus təsərrüfatlara axıdıldığını bildirib və bu prosesin 10 gündür davam etdiyini deyib. Görüntülərdə bir qrup sakinin başqa istiqamətdə axan suyun qarşsını kəsməyə çalışdığı müşahidə olunur.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, icra başçısına məxsus heç bir təsərrüfat mövcud deyil:
“Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus heç bir biznes və təsərrüfat mövcud deyil. Sakinlər ola bilsin ki, haqlıdırlar. Belə ki, onlara verilən su həqiqətən də başqaları tərəfinən kəsilmiş ola bilər. Bununla bağlı müvafiq araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər