Aydın İbrahimovun vəziyyəti ağır olaraq qalır
2-09-2021, 10:56
160

Aydın İbrahimovun vəziyyəti ağır olaraq qalır

"Neftçi"nin koronavirusa yoluxmuş sabiq prezidenti Aydın İbrahimovun durumu ağır olaraq qalır.
Bu barədə Qol.az-a İbrahimovun nəvəsi açıqlama verib.
O, babasının "Yeni klinika"ya yerləşdirildiyini və vəziyyətinin pis olduğunu bildirib:
"Bəli, babam xəstəxanaya yerləşdirildi. Hazırda "Yeni klinika"da müalicə alır. Amma vəziyyəti çox pisdir. Həkimlər isə onun üçün əllərindən gələn hər şeyi edirlər".
Xatırladaq ki, bir neçə gün əvvəl Aydın İbrahimovu durumunun ağırlığına görə heç bir xəstəxananın qəbul etmədiyini bildirmişdik.
Xatırladaq ki, A.İbrahimov 1988-97-ci illərdə "Neftçi"nin prezidenti olub.

Oxşar xəbərlər