“2 saylı şəhər poliklinikasında pasportun arasında 100-200 qoyana saxta sənəd yazılır,..” – Jurnalistin müşahidələri FOTO
2-09-2021, 11:37
450

“2 saylı şəhər poliklinikasında pasportun arasında 100-200 qoyana saxta sənəd yazılır,..” – Jurnalistin müşahidələri FOTO

Teref.az xəbər verir ki, “Prima tv”-nin baş redaktoru, məşhur jurnalist Aygün Muradxanlı 2 saylı şəhər poliklinikasıında baş alıb gedən özbaşınalıqdan və poliklinikada peyvəndlənmə adı altında alınan rüşvət mexanizmindən sosial şəbəkələrədə status paylaşıb. Statusu təqdim edirik:
“2 saylı şəhər poliklinikası. Humayın bu gün saat 14.00-a randevusu var. Saat yarımdı burdayıq.
Covid-in tüğyan elədiyi vaxtda adamlar bir-birinin təpəsində. Sıra-filan yox, randevuya baxan yox. Forslu-forslu o yan, bu yana gedən ağ xalatlı məxluqlar bir suala düz cavab vermir. Yaxşı, mən bu qələbəliyə girəcəyəmsə, niyə portalda qeydiyyata düşməliyəm?”
Daha sonra Aygün xanın müşahidə etdiyi hadisələbarədə təəsüratlarını bölüşür:
“Düşmüşəmsə, burda nəyin qeydiyyatı, nəyin növbəsidir? Onu bilirəm ki, saat yarımda cəmi 3-4 adama peyvənd vurulub.
Belə başa düşdüm, içəridə şıdırğı alver gedir. Pasportun arasında 100-200 qoyana saxta sənəd yazılır, onsuz da asta işləyən portalda qeydiyyatdan keçirilir, gözləyənlər də heç nə… gözləyir. Coronaya tutulub sağalmayasız sizi, səhiyyəni bu günə qoyanlar.”
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
"2 saylı şəhər poliklinikasında pasportun arasında 100-200 qoyana saxta sənəd yazılır,.." - Jurnalistin müşahidələri FOTO

Oxşar xəbərlər