Qarabağdakı rus sülhməramlılar təkrarən peyvənd olunur
2-09-2021, 15:13
164

Qarabağdakı rus sülhməramlılar təkrarən peyvənd olunur

Dağlıq Qarabağda 2021-ci il yanvarın 1-dək tam peyvənd kursunu başa vurmuş Rusiya sülhməramlı kontingent hərbi qulluqçularının könüllü yenidən vaksinasiyasına başlanılıb.
Bu barədə Rusiya Federasiyası  Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Sputnik V" peyvəndi tətbiq edilməzdən əvvəl hərbi qulluqçular PCR testindən, tibbi müayinədən keçir və birinci və ikinci komponentlərin təkrar peyvənd kursunun tətbiqi ilə əlaqədar tibb mütəxəssislərindən tövsiyələr alırlar.
İlk növbədə prioritet kateqoriyalar müşahidə məntəqələrində olan hərbçilər peyvənd olunur.
Bu günə qədər Rusiyanın sülhməramlı komponentinin 100-dən çox hərbçisi artıq Dağlıq Qarabağda koronavirus infeksiyasına qarşı peyvənd edilib.

Oxşar xəbərlər