Sülhməramlılar Qarabağda 1500-dən çox ermənini içməli su ilə təmin edib
3-09-2021, 11:23
210

Sülhməramlılar Qarabağda 1500-dən çox ermənini içməli su ilə təmin edib

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda, xüsusilə Xankəndində yaşayan 1500-dən çox sakini içməli su ilə təmin ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. 
"İki həftə ərzində sülhməramlı kontingentin humanitar mərkəzinin hərbçiləri 30-dan çox səfər çərçivəsində Qarabağın dağlıq hissəsindəki sakinləri 200 tondan çox içməli su ilə təmin etdi",- deyə nazirlikdən bildirilib. 

Oxşar xəbərlər