Rasim Quliyevin məhkəməsi keçirildi
6-09-2021, 14:59
132

Rasim Quliyevin məhkəməsi keçirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəməyə əlavə şahidlərin çağırılması barədə vəsatət qaldırıb. Bildirib ki, Dilarə Əliyeva 141 ünvanında yaşayan sakinləri bəziləri və Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət edən məsul şəxsi prosesə dəvət olunsun.
Hakim bildirib ki, indiki mərhələdə həmin şəxslərin məhkəməyə çağırılmasına ehtiyac olmadığı üçün vəsatət baxılmamış saxlanılsın.
Daha sonra prosesdə təqsirləndirilən şəxs Rasim Quliyev prokurorun suallarını cavablandırıb.
Proses sentyabrın 9-da davam etdiriləcək.

Oxşar xəbərlər