Tədrisin başlanması ilə bağlı brifinqin vaxtı MƏLUM OLDU - YENİLƏNİB
6-09-2021, 15:46
164

Tədrisin başlanması ilə bağlı brifinqin vaxtı MƏLUM OLDU - YENİLƏNİB

Təhsil Nazirliyindən bildirilib ki, yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.
Brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.
***
13:54
Yeni tədris ili ilə bağlı qərar sabah açıqlanacaq. 
Bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O, sosial şəbəkə hesabında paylaşımın rəy bölümündə jurnalistlərin “Dərslərlə bağlı nazir nə zaman danışacaq?” sualına “sabah” deyə cavab verib.

Oxşar xəbərlər