Goranboy sakini ÇARƏSİZ DURUMDA - GİLEY
6-09-2021, 17:56
162

Goranboy sakini ÇARƏSİZ DURUMDA - GİLEY

Goranboy rayonu Qızılhacılı qəsəbə sakiniyəm Eminov Neman Bayram oğlu öılkə rəhbərliyinə şikayət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən bələdiyyə sədrinə torpaqdan imtina ərizəsi yazıb, təqdim etməmişəm. Mən, heç bir bələdiyyə üzvləri 17.08.2021-ci il tarixində bələdiyyə sədrinin keçirdiyi iclasa dəvət olunmamışıq. Demək imzalar saxtalaşdırılıb, mənim, bələdiyyə üzvlərinin əvəzindən imzalar edilib, hətta yəqin edirəm ki, mənim adımdan imtina ərizəsi yazılıb. Bu qədər saxtakarlığa aidiyyatı qurumlar münasibət bildirərək, obyektiv araşdırma aparacaqlarmı, ədalətli qərar qəbul edəcəklərmi?

2021-ci ilin iyun ayında Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyə sədri xanım Səbinə Həsənovaya həyətyani torpaq sahəsi, məhlə yeri ilə əlaqədar ərizə ilə müraciət etmişdim. Çox təəssüflər olsun ki, müraciətimi təmin etmir. Aidiyyatı qurumlara bu məsələlərlə əlaqədar şikayətlər edirəm.
Gəncə Regional Ədliyyə İdarəsindən mənə məktub göndərilib ki, 17.08.2021-ci il tarixində Qızılhacılı qəsəbə bələdiyyəsində iclas keçirilib, ərizə müzakirə edilib, torpaqdan imtina ərizəsi qərarı qəbul edilib".

Oxşar xəbərlər