“Erməni rəsmilərin bəyanatları sülh sazişinə mane olmaq cəhdidir” - deputat
7-09-2021, 11:03
178

“Erməni rəsmilərin bəyanatları sülh sazişinə mane olmaq cəhdidir” - deputat

Bir neçə gündür ki, Ermənistan mətbuatı hökumətin Moskvanın himayəsi altında Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırdığını bildirir. Görünür, bu mövzu Ermənistan baş nazirinin, daha sonra isə yeni xarici işlər nazirinin Moskvaya səfərlərində əsas mövzu olub. Belə ki, İrəvanın "Past" nəşri öz mənbələrinə istinadən yazır ki, hökumət aparatında və Xarici İşlər Nazirliyində sülh sazişinin bağlanması üçün fəal hazırlıq işləri aparılır.
"Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, Nikol Paşinyanın tapşırığı ilə nazirliyin ekspertləri və beynəlxalq hüquq üzrə mütəxəssislər qrupu son günlər hökumət aparatı ilə birlikdə hərtərəfli araşdırmalar aparır və analoji sənədlərin presedentlərini tapmağa, həmçinin imzalanmadan öncə mümkün danışıqlar prosesinə hazır olmağa çalışırlar.
Əsasən tam paket hazırlamaq tapşırılıb: danışıqlar zamanı erməni tərəfin konkret hansı təklif və tələbləri təqdim edəcəyi, həmçinin tərəflər arasında hansı kompromislərin olacağı barədə", - nəşr yazır.
Erməni tərəfi güman edir ki, sənəd layihəsinin ilkin müzakirəsinə oktyabrda başlanıla bilər.
Bu arada, redaksiyamıza çatan məlumata görə, yaxın vaxtlarda prezidentlərin görüşünün olacağı haqda məlumatlar yayılıb. Bəzi ekspertlərin fikrincə, Putin, Əliyev və Paşinyan arasında növbəti görüşün keçiriləcəyi yəqin bununla bağlı ola bilər.
Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan mediasında baş nazir “Nikol Paşinyanı erməni xalqına qarşı növbəti xəyanətə imza atmağa hazırlaşır” kimi təbliğat tirajlanır: “Paşinyan ittiham edilir, qeyd edilir ki, baş nazir “Böyük sülh sazişi” istiqamətində hazırlaşır. Bu cür təbliğat məqsədli xarakter daşıyır və əslində Azərbaycanla sülh sazişinin imzalanmasına mane olmaq, qarşısını almaq mahiyyəti kəsb edir. Nikol Paşinyan və Ermənistan hökumətinin üzvlərinin açıqlama və bəyanatlarına isə fikir versək görürük ki, Paşinyan başda olmaqla komandası sülh müqaviləsinə mane olan bəyanatlar verirlər. Onların özləri sülh sazişini istəmirlər. Ermənistan hökumətinin beş illik proqramı parlamentdə Nikol Paşinyan tərəfindən təqdim olundu. Həmin proqramda da sülh sazişi barədə bəhs olunmur. Azərbaycanla kommunikasiyaların bərpası barədə qeydlər olsa da yenə də ilk növbədə önə status məsələsi çəkilir. Bütün bunlar onu göstərir ki, bir tərəfdən Ermənistan hakimiyyətinin sülh sazişinə hazırlaşdığını yazırlar, o biri tərəfdən sülh sazişinin imzalanmasına mane olan şərtlər irəli sürürlər, status məsələsinin öndə olmasını bəyan edirlər. Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyan da Moskva səfəri zamanı status məsələsinin Ermənistan üçün hər şeydən öncə olan məsələ olduğunu dedi. Yəni bu gün Ermənistan böyük sülh sazişi ilə bağlı mövqe bildirəndə belə status məsələsini önə çəkir. Bu da faktiki olaraq sülh sazişinin imzalanmasına qarşı olan mövqedir. Azərbaycanın isə qəti mövqeyi var. Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb və Dağlıq Qarabağ məsələsindən söhbət gedə bilməz.  
Ermənistan eyni zamanda tez-tez atəşkəsi pozmaqla münaqişənin hələ bitmədiyi fikrini sırıyır. Odur ki, hadisələrin bundan sonrakı bütün mürrəkkəb inkişafına və ssenarisinə görə məsuliyyət Ermənistanın üzərinə düşəcək. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, dəmir yumruq istənilən an işə salına bilər. Bunu Ermənistanda heç kim unutmamalıdır”.

Oxşar xəbərlər