Cəmiyyət
31-08-2020, 11:27
225
Daha bir aparıcı “Xəzər TV”dən uzaqlaşdırıldı
“Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanovanın Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər TV” kanalındakı fəaliyyətinə son verilib.
Bakıtv.az-in əldə etdiyi məlumata görə , o, fəaliyyətini “Xəzər” Media Mərkəzinin nəzdindən yayımlanan “Dalğa TV”də davam etdirəcək. Xatırladaq ki, bir neçə gün öncə Zaur Kamal, Tarix Əliyev (Tolik) və Ağakərim Əbülfəzoğlunun da kanalın efirindən uzaqlaşdırılaraq “Dalğa TV”yə transfer edilməkləri barədə məlumat yayılmışdı.
Qeyd edək ki, İTV ilə yollarını ayıran Leyla Quliyeva və aktyor-aparıcı İslam Mehrəliyev “Xəzər TV” ailəsinə qatılıblar.