Brilliant Dadaşova koronavirusa yoluxdu: "O həkimləri evdən qovun" (VİDEO)
7-09-2021, 12:54
147

Brilliant Dadaşova koronavirusa yoluxdu: "O həkimləri evdən qovun" (VİDEO)

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub.
Bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:
"Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".
 

Oxşar xəbərlər