Oğuzda şəhidlərimizə qarşı hörmətsizliklə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO
7-09-2021, 13:45
205

Oğuzda şəhidlərimizə qarşı hörmətsizliklə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Oğuz Rayon İcra Hakimiyyəti 44 günlük Vətən müharibəsində şəhid olanların məzarları üzərindən əklil və gül dəstələrinin götürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Yusubov Oxu.Az-a açıqlamasında bildirib ki, Oğuzdakı Şəhidlər xiyabanında təmir işləri aparılır.
 
"Orada təmir işləri görən şəxslər həmin əkil və bəzəkləri ərazidəki məktəbin arxa tərəfinə atıblar. Təxminən bir həftə əvvəl icra başçısı Eyvaz Qurbanov da təmirlə tanış olmaq üçün əraziyə gedəndə güllərin ora səpələndiyini gördü və mənə dedi ki, bu məsələdən xəbərin varmı? Mən də bildirdim ki, xəbərim yoxdur. Orada əklil və bəzəklərin götürülməsi barədə heç bir göstəriş verməmişəm. İcra başçısı göstəriş verdi ki, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları ətrafa atılan gülləri oradan götürsünlər. Onlar da məktəbdə bir otaq ayırıb və gülləri ora qoyublar", - deyə E. Yusubov qeyd edib.
12:25
Oğuz rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların məzarları üzərindən əklil və gül dəstələri götürülüb.
Bu barədə görüntüləri şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev sosial şəbəkələrdə yayıb.
O iddia edib ki, əklillər Oğuz rayon icra başçısının birinci müavini Etibar Yusubovun tapşırığına əsasən kənardakı dərəyə atılıb.

Oğuzda şəhidlərimizə qarşı hörmətsizliklə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Oxşar xəbərlər