Fərid Qayıbov gənclər və idman naziri təyin edilib
7-09-2021, 13:57
182

Fərid Qayıbov gənclər və idman naziri təyin edilib

Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Fərid Fazil Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
2017-ci ildən Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsini tutub. 
Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibidir.
2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Evlidir, iki oğlu, bir qızı var.

Oxşar xəbərlər