Azərbaycanda 82 %-ə yaxın təhsil işçisi vaksinasiya olunub
7-09-2021, 14:33
162

Azərbaycanda 82 %-ə yaxın təhsil işçisi vaksinasiya olunub

Artıq 82 %-ə yaxın təhsil işçisi vaksinasiyadan keçib. Bu da 169 862 nəfər təhsil işçisi deməkdir.
Bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ümumi vaksin olunanlardan 138 mindən çox təhsil işçisi hər iki dozanı qəbul edib.

Oxşar xəbərlər