Nazir dərslərin gec başlanmasının səbəbini açıqladı
7-09-2021, 14:38
422

Nazir dərslərin gec başlanmasının səbəbini açıqladı

"Məktəblərin açılıb dərhal bağlanmasındansa, davamlı fəaliyyəti təşkil etmək daha düzgündür".
Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, bir həftəni digər tətil günləri ilə əvəzləmək olar: "Davamlılıq baxımından bir qədər gözləyib, 1 həftə gec başlayırıq. 1 həftə ərzində vaksinasiya nəticəsində daha çox insanda immunitet yaranacağını düşünürük".

Oxşar xəbərlər