Gəncə terrorunda hər iki valideynini itirən Xədicədən YENİ GÖRÜNTÜLƏR - VİDEO
7-09-2021, 16:19
199

Gəncə terrorunda hər iki valideynini itirən Xədicədən YENİ GÖRÜNTÜLƏR - VİDEO

Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev də dağıldı. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları olub.Hazırda Şəhnəzərovlar ailəsinin tək yadigarına qohumları baxır.
7News.Az xəbər verir ki, Xədicəyə məxsus "İnstagram" hesabı istifadədədir. Həmin sosial media hesabında Xədicənin yeni görüntüləri paylaşılıb. İzləyiciləri onun görüntülərinə xoş dualar yazıblar.
 
Həmin görüntüləri təqdim edirik:



Oxşar xəbərlər