Gənclərin inkişafı ilə bağlı planlarımızı açıqlayacağıq - Fərid Qayıbov
8-09-2021, 12:21
155

Gənclərin inkişafı ilə bağlı planlarımızı açıqlayacağıq - Fərid Qayıbov

Gənclərin inkişafı, vətənpərvər ruhda yetişdirilməsi bundan sonra da nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olacaq və bununla bağlı planlarımızı açıqlayacağıq.

Bunu Trend-ə açıqlamasında yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.

F.Qayıbovun sözlərinə görə, məlumdur ki, 44 günlük Vətən müharibəsində qələbəmizdə vətənpərvər ruhda yetişdirilən gənclər böyük rol oynadı:

"Bu, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsi idi. Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət yetirilir.

Gənclərin inkişafı, vətənpərvər ruhda yetişdirilməsi bundan sonra da nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olacaq və bununla bağlı planlarımızı açıqlayacağıq".

Oxşar xəbərlər