Mingəçevirdə yeni tədris ilinə KÖHNƏ ÜSULLA GEDİRLƏR... - İTTİHAM
8-09-2021, 13:06
164

Mingəçevirdə yeni tədris ilinə KÖHNƏ ÜSULLA GEDİRLƏR... - İTTİHAM

Dərs ili başlar başlamaz məktəblərin problemləri yenidən baş qaldırıb. Ənənəvi təhsil hələ bərpa olunmasa da ənənəvi problemlər öz yerindədir. Yenə də direktorlar dərs bölgüsü zamanı “qohum-qonşu”, “görüm-baxım” prinsiplərini əsas götürürlər. Bu da təbii ki, ciddi narazılıqlar doğurur, etirazlarla qarşılanır.

Rubrika.Az saytı xəbər verir ki, Mingəçevir təhsil işçilərinin Facebookda ən böyük qruplarından biri olan “Mingəçevir müəllimlərinin problemləri” qrupunda bu barədə şikayət paylaşımı olub. Qrupun idarəçisi Zaur Kərimlinin paylaşımında Mingəçevir şəhər 11 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlar barəsində məlumat verilir. Paylaşımda bildirilir ki, “Mingəçevir şəhəri 11 nömrəli tam orta məktəbin direktoru Sevil müəllim həmin məktəbin müəlliminin iddiasına görə keçən il aylıq vermədiyi üçün bu il ona az dərs

verib.Keçən il şikayətlə dərsini almışdı, həmin müəllim.Aylıq da vermirdi. Bu sözü müəlliməyə şəxsən direktor deyib.
Direktor indi öz qanunsuzluğunu belə ört basdır etmək istəyir ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir əvəzi Zamik Cebiyev imkan vermir,tapşırıb ki,D.Q-də az bal toplayan müəllimlərə çox dərs verilməsin.”
Daha sonra bildirilir ki, əslində deyilənlər həqiqəti əks etdirmir və məsələnin bu cür qoyuluşu sırf baş verənləri ört-basdır etmək üçündür. Belə ki, Diaqnostik Qiymətləndirmə zamanı eyni bal toplayan iki müəllimin dərs yükü arasında böyük fərq olması direktorun xüsusi maraqlarının göstəricisidir. Belə ki, paylaşımda bu barədə söz açan müəllif məsələnin əsl mahiyyətinə də toxunub: “Lakin D.Q balına görə Zamik Cəbiyev deyibdi ki, demək olar eyni bal toplayan iki müəllimin dərs yükü arasında böyük fərq olsun?
Hörmətli direktor,siz özünüz D.Q getmədən niyə 6(bəziləri lap 12 saat deyir) saat dərs götürmüsünüz?

Mingəçevirdə yeni tədris ilinə KÖHNƏ ÜSULLA GEDİRLƏR...

Bunu da Zamik Cəbiyev deyib?
Zamik Cebiyevin tapşırığına əməl edən D.Q dan keçməyən, yəni özünə 1 saatda belə dərs götürməli deyil.”
Rubrika.az saytına daxil olan məlumatlara görə 11 saylı məktəbin direktoru Sevil xanım hər zaman yüksək çinli məmurların qohumu olması ilə öyünüb və bu baxımdan özünü toxunulmaz statusunda görüb. Hər halda deyilənlərdən direktorun qanunlara hansı dərəcədə hörmət bəslədiyi aydın olur. Bildirilir ki, Sevil xanımın bu ay 65 yaşı tamam olacaq. Onun vəzifədə qalıb-qalmayacağına isə yəqin ki, yaxın günlərdə aydınlıq gətiriləcək.

Rubrika.Az

Oxşar xəbərlər