Bakıda daha bir küçə zəbt olunub - BNA
8-09-2021, 15:49
166

Bakıda daha bir küçə zəbt olunub - BNA

“Daha bir ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib”.
Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O qeyd edib ki, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib:
“Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb. Lakin məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür”.

Oxşar xəbərlər