Həyat yoldaşı da bir il öncə COVID-dən ölüb, özü bilmirmiş
8-09-2021, 15:54
359

Həyat yoldaşı da bir il öncə COVID-dən ölüb, özü bilmirmiş

Bu gün Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin həyat yoldaşı da bir il öncə COVID-19 virusundan vəfat edibmiş.

"Qafqazinfo" xəbər verir ki, Gəncə İstintaq Təcridxanasında saxlanılan N.Quliyevin bir neçə gün öncə halı pisləşib və koronavirus əlamətləri özünü göstərib.

Dünən N.Quliyevin vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Orada saturasiyası çox aşağı olub, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Məlumata görə, N.Quliyevin həyat yoldaşı da təxminən bir il əvvəl koronavirusdan vəfat edib. Lakin onun ölüm xəbəri Nizaməddin Quliyevdən gizlədilib. N.Quliyevin ölüm gününə kimi həyat yoldaşının vəfatından xəbəri olmayıb.

Oxşar xəbərlər